Qısa məzmun
Reprice Digital Motion designer vəzifəsi üzrə vakansiya elan edir.
Yeni komanda üzvümüz üçün yaradacağımız imkanlar:
- Dünyaca məşhur qlobal agentlikdə çalışmaq
- Özünü daim inkişaf etdirə biləcəyi mühit
- Bir-birindən maraqlı layihələr üzərində işləmək imkanı
- Gənc, yaradıcı komandanın üzvü olmaq
- Şəhərin mərkəzində geniş və rahat ofis
Yeni komanda üzvümüzdən gözləntilərimiz:
- Ən azı 3 il dizayner olaraq iş təcrübəsi
- Illustrator, Photoshop, Premiere və After Effects proqramlarını mükəmməl səviyyədə bilmək. 3D proqramlar arzuolunandır.
- Maraqlı portfolioya sahib olmaq
- Daim öyrənmək və inkişaf etmək istəyi
- Ünsiyyətcil, məsuliyyətli və punktual olmaq
- İşə xüsusi diqqətlə yanaşmaq
Əgər sən də komandamızın üzvünə çevrilmək istəyirsənsə, özün haqqında qısa məlumatla birlikdə CV və portfolionu hr@mccann.az ünvanına göndər. Yerin hazırdır, buyur gəl!
Qeyd: Portfoliosuz CV-lər dəyərləndirilməyəcək.
Oxşar vakansiya siyahısı:
Qrafik Dizayner
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...