Qısa məzmun
Reprice Digital Motion designer vəzifəsi üzrə vakansiya elan edir.
Yeni komanda üzvümüz üçün yaradacağımız imkanlar:
- Dünyaca məşhur qlobal agentlikdə çalışmaq
- Özünü daim inkişaf etdirə biləcəyi mühit
- Bir-birindən maraqlı layihələr üzərində işləmək imkanı
- Gənc, yaradıcı komandanın üzvü olmaq
- Şəhərin mərkəzində geniş və rahat ofis
Yeni komanda üzvümüzdən gözləntilərimiz:
- Ən azı 3 il dizayner olaraq iş təcrübəsi
- Illustrator, Photoshop, Premiere və After Effects proqramlarını mükəmməl səviyyədə bilmək. 3D proqramlar arzuolunandır.
- Maraqlı portfolioya sahib olmaq
- Daim öyrənmək və inkişaf etmək istəyi
- Ünsiyyətcil, məsuliyyətli və punktual olmaq
- İşə xüsusi diqqətlə yanaşmaq
Əgər sən də komandamızın üzvünə çevrilmək istəyirsənsə, özün haqqında qısa məlumatla birlikdə CV və portfolionu hr@mccann.az ünvanına göndər. Yerin hazırdır, buyur gəl!
Qeyd: Portfoliosuz CV-lər dəyərləndirilməyəcək.
Oxşar vakansiya siyahısı:
3D dizayner
Brain Solutions 3D dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...