Qısa məzmun
AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Texniki biliyi olmalı
- Elektrik avadanlıqlarının montaj olunması
- Elektrik sxemləri ilə işləməyi bacarmalı
- Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər, eləcə də ölçmə cihazları və tətbiqi prinsipləri
- Elektrik idarəetmə lövhələrinin yığılması
- Elektrik kabellərinin çəkilməsi
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
- Mühəndislərin verdiyi tapşırıqları yerinə yetirmək və gördüyü işlər barəsində onlara hesabat vermək
- Bu sahədə 2 ildən artıq təcrübə
- Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir
- Operativ çalışan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq
İş barədə məlumat:
- AZELKO” MMC 2008- ci ildən fəaliyyət göstərir.Müəssisəmiz 36kV – a qədər dəstləşdirilmiş (komplekt) paylayıcı qurğuların (KPY) istehsalı ilə məşğuldur.
- İş vaxtı həftə içi 5 gün, 08:00-dan 17:30-dək
- Ünvan Abşeron ray. Şamaxı şossesi 14km (Hökməli qəs.)
- Nahar fasiləsi 12:30-dan 13:30-dək
- Həftənin şənbə və bazar günü istirahət günüdür
- Nahar şirkət tərəfindən verilir
Əmək haqqı: 700-1000 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. )
Ünvan Abşeron ray. Şamaxı şossesi 14km (Hökməli qəs.)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini fariz.aliyev@azelko.az e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “montajçı elektrik” qeyd etmələri xahiş olunur