Montajçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800 AZN. Qartal Construction Company Montajçı vəzifəsi üzrə vakansiya elan edir.

Əmək haqqı:  800 AZN

İş yeri: Sumqayıt şəhəri – Dəniz platformaları

Montajçıya olan tələblər:

  • Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir. Sumqayıtda yaşamayan namizədlərin əsasən dəniz platformalarına göndərilməsinə üstünlük veriləcəkdir.
  • Metal konstruksiyaların yığılması və quraşdırılması;
  • Laqonda ilə kəsmə əməliyyatlarını mükəmməl yerinə yetirə bilməsi vacibdir, Rezakla işləmək qabiliyyətinin olması arzu olunandır;
  • Cizgilərin oxunması, ölçü verilməsi və metal hissələrinin hazırlanmasını bilməsi;
  • Montajçı ixtisasına yiyələnməsi barədə sertifikatın olması arzu ediləndir; (sertifikatı varsa surətini təqdim etməlidir)
  • Namizədin yaşı 22-45 yaş aralığında olmalıdır;
  • Vəzifə təlimatına əsasən digər əmək funksiyalarını yerinə yetirməlidir;
  • Elanda göstərilən əmək haqqı ilkin olaraq müəyyən edilmişdir. İşçinin səriştəsi, işə məsuliyyətlə yanaşması, işləri vaxtında və keyfiyyətlə tamamlaması əmək haqqında artıma səbəb olacaqdır.

İş şəraiti:

  • İşçilərin obyektə daşınması firmanın nəqliyyatı vasitəsilə həyata keçirilir.
  • Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir.
  • İş saatları – həftənin 6 günü 08:00 – 18:00 aralığındadır.
  • Əlavə iş saatları saatın dəyərinə müvafiq olaraq tək qat ödəniləcəkdir.
  • İşçi dəniz platformalarına göndərildiyi halda əmək haqqı 15 günlük deyil, 30 günlük iş rejiminə görə hesablanır və dənizdə işlədiyi günlərə (saatlara) əlavə olaraq  20 % ödəniş tətbiq olunacaqdır,

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini e-mail adresinə,  mövzu hissəsində “Montajçı yazmaqla göndərmələri xahiş olunur. Yalnız  CV-ləri uyğun görülən namizədlərlə əlaqə saxlanacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan