Qısa məzmun
OBA marketlər şəbəkəsi Monitorinq əməkdaşı vəzifəsi üzrə vakansiya elan edir. Servis şirkət tərəfindən təmin edilir.
Vəzifə öhdəlikləri
- Qanunvericilik, normativ aktlar,təlimatlar, daxili sənədlər və peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi, uyğunsuzluq və ya saxtakarlıq hallarının ortaya çıxarılması;
- Xidmət göstərən kənar təşkilatlar üzrə bütün proseslərə dair yoxlamanın təşkili və digər analoji xidmətlərlə müqayisəli təhlillərin aparılması;
- Cəmiyyət üzrə bütün təsərrüfat və digər xərclərin analizi, səmərəliliyinin və uyğunluğun yoxlanılması;
- Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nəticələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabat və uyğun tədbirlər planıın hazırlanması;
- Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaların mütəmadi olaraq operativ yoxlanılması;
- Mağaza əməkdaşları tərəfindən törədilən hər hansı neqativ halları aşkarlayaraq, birbaşa rəhbərinin təlimatı üzrə tədbirlərin görülməsi;
- Müşahidə kamerası vasitəsi ilə filialda baş verən bütün proseslərin izlənilməsi;
- Təhkim olunmuş mağazalarda müəyyən olunmuş yoxlamaların aparılması;
- Ümumi təhlükəsizliyin təmin olunması məqsədilə mağazalarda müşahidə kameralarının görüntülərində aşkar olunmuş kor nöqtələri barədə aidiyyatı struktura məlumat verilməsi;
- Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqların icra edilməsi;
Namizədə dair tələblər
- Təhsil səviyyəsi: Ali ;
- Yaş: 23-40;
- İş təcrübəsi: min.1 il;
- Kompüter bilikləri: MS Office (Excel- sərbəst);
- Yoxlamalı olduğu ərazilər: Quba, Qusar, Xaçmaz
- Ezamiyyə səfərlərinə hazır olmalı;
- Şəxsi avtomobil mütləqdir
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq əməkdaşı(Quba-Xaçmaz-Qusar)” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
Keyfiyyətə Nəzarət üzrə Menecer
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...