Qısa məzmun
OBA marketlər şəbəkəsi Monitorinq əməkdaşı vəzifəsi üzrə vakansiya elan edir. Servis şirkət tərəfindən təmin edilir.
Vəzifə: Monitorinq əməkdaşı (Şəki və Bakı)
İş yeri: OBA Marketlər şəbəkəsi
Departament: Daxili Nəzarət
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- Kompüter bilikləri: Microsoft Office
- Yaş: 35 yaşa qədər;
- Şəxsi avtomobilin olması
Vəzifə öhdəlikləri:
- Müşahidə kameraları vasitəsilə filialda baş verən bütün proseslərin izlənməsi
- Təhkim olunan ərazilər üzrə mağazalarda check list aparılması
- Mağazada operativ yoxlama apararkən neqativ hal aşkarlanarsa, ərazi üzrə məsul şəxs və ya şəxslərlə görüşlərin keçirilməsi
- Mağazalarda büro kassa və pos kassaların inventarizasiyasının həyata keçirilməsi
- Struktur rəhbərinin və birbaşa rəhbərinin verdiyi tapşırıqları gecikdirmədən, operativ yerinə yetirilməsi
- Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqların icrası
Əlavə məlumat:
- Şəki (Plan üzrə operativ yoxlama aparılacaq ərazilər: Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, Yevlax, Mingəçevir)
- Bakı (Plan üzrə Bakıda bütün ərazilər)
Əlavə təminatlar:
- Korporativ nömrə;
- Yanacaq xərci;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq əməkdaşı (regionun adı)” və regionun adını qeyd edərək cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...