Qısa məzmun
Sinteks Group of Companies Moda Kuratoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin rolu:
Moda kuratoru mağazanın mövqeyinə uyğun olaraq şirkətin çoxbrendli konsepsiyalarından ibarət brend qarışımını dəstəkləmək, eləcə də, çoxbrendli mağazalarda ehtiyatların siyahısını hazırlamaq üçün cavabdehlik daşıyır.
Vəzifə öhdəlikləri:
- Davamlı olaraq mağazaların ehtiyatlar siyahısını qiymətləndirir,
- Mağaza konsepsiyası və mövqeləndirməyə, sənaye trendlərinə və məhşurluğa uyğun olaraq yeni brendləri seçir və qəbul edir
- Satış trendlərini proqnozlaşdırmaq üçün istehlakçı davranışını müşahidə edir
- Bazar trendlərinə uyğunlaşdırır və tələbdə olan dəyişikliklərə reaksiya verir, bazarda güclü və zəif iştirakçıları müəyyənləşdirir, gələcək moda trendlərini proqnozlaşdırır
- Sərgi salonlarına gedir və bazardakı trendlərə uyğunlaşmaq üçün alış sessiyalarında iştirak edir və Alıcılara brendə uyğun seçimlər etmək üçün tövsiyyə edir
- Brend haqqında bilikləri, mövsüm trendlərini (rəng, forma, üslub) və kolleksiyanı təkmilləşdirmək üçün satış nümayəndələrinə kolleksiya təsvirlərini təqdim edir
- İldə iki dəfə hər bir kateqoriya üçün brend qarışımı müəyyənləşdirir və digər büdcə prosesləri üçün onları təsdiq edir
Əsas tələblər:
Təhsil:
- Moda, Dizayn, İncəsənət və ya hər hansı əlaqədar sahədə təhsil
Təcrübə:
- Moda sahəsində minimum 3 il iş təcrübəsi
- Satınalmalar üzrə təcrübə arzuolunandır
Professional biliklər:
- Marketinq və Satışın əsasları
- Satış məlumatlarının analizinə dair anlayış
- Moda və tərz haqqında anlayış
- Səlis Rus və İngilis dili bilikləri
- MS Office proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- Təşkilati bacarıqlar
- Yaradıcı düşüncə
- Vizual təxəyyül bacarıqları
- Araşdırma
- Nəticə yönümlülük
- Detal yönümlülük
- Netvorkinq
- Vaxtın idarə edilməsi
- Təşkilati bacarıqlar
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Moda Kuratoru” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...