Mobil tətbiq üzrə məhsul mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. 189 Taxi Mobil tətbiq üzrə məhsul mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  •  Bazarın monitorinqi, təhlili, rəqabət mühitinin araşdırılması;
  • Mobil tətbiqin və ümumilikdə xidmətin inkişafı üçün analizlər aparmaq
  • Analiz nəticələrinə uyğun olaraq həllər təklif etmək
  • Tətbiqdə edilən yenilikləri test etmək
  • Mobil tətbiqin yaxşılaşdırılmasına dair işlər aparmaq (müştəriləri seqmentlərə ayırmaq, narazılıqlarla işləmək və s.)
  • Mobil tətbiqin inkşafı üçün IT komandasına verilən tapşırıqların icrası prosesinə nəzarət etmək
  • Marketinq üzrə rəhbərin tapşırıqlarını icra etmək

Tələblər:

  • Ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili sərbəst və Rus yaxud inglis dili üstünlükdür
  • Marketinqin əsaslarını bilmək,
  • Dinamik mühitdə işləməyi bacaran;
  • Analitik düşünmə, kreativ yanaşma və təklif vermə qabiliyyətinə sahib olmalı;
  • İnkişafa meyilli, məsuliyyətli, texnolojik yenilikləri izləməyi sevən

BİZ SİZƏ TƏKLİF EDİRİK:

  •  5 günlük iş qrafikı, 9.00-18.00
  • Gənc və dinamik kollektivdə işləmək fürsəti;
  • Şəhər mərkəzində iş yeri
  • Karyera inkişafı fürsəti.
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mobil tətbiq üzrə məhsul mütəxəssisi” yazaraq marketing@taxibaku.az ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Kontent Menecer

“Genc Media” şirkətinə "Kontent Menecer" tələb edilir. ...

Genc Media

06.07.2024 - Bakı

600₼
Marketinq üzrə kiçik mütəxəssis

Agrowest Marketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

28.06.2024 - Bakı