Qısa məzmun
189 Taxi Mobil tətbiq üzrə menecer köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili sərbəst və Rus yaxud ingilis dili üstünlükdür
- Dinamik mühitdə işləməyi bacaran
- Analitik düşünmə, kreativ yanaşma və təklif vermə qabiliyyətinə sahib olmalı;
- İnkişafa meyilli, məsuliyyətli, texnolojik yenilikləri izləməyi sevən Mobil tətbiqin inkişaf etdirilməsi ilə bağlı biliklər üstünlükdür
- Mobil programlaşdırma üzrə baza bilikləri (React Native, Flutter və ya hər hansı digər )
- Trello\Jira\Bitrix24 proqramlarında işləmək bacarığı üstünlükdür
- Veb saytların hazırlanmasında təcrübənin olması üstünlükdür
- Figma üzrə baza biliklər
- Məlumatların toplanması və analiz etməsi bacarığı
İş barədə məlumat:
- Bazarın monitorinqi, təhlili, rəqabət mühitin araşdırılması;
- Mobil tətbiqin və ümumilikdə xidmətin inkişafı üçün analizlər aparmaq, analiz nəticələrinə uyğun həllər təklif etmək
- Tətbiqdə edilən yenilikləri test etmək
- Xətaların ( bug ) araşdırılması, İT komandasına yönləndirilməsi və icrasına nəzarət
- Mobil tətbiqin optimallaşdırılmasına dair işlər aparmaq ( müştəriləri seqmentlərə ayırmaq, onlarla mütəmmadi sorğu aparmaq, yaranmış problıemləri həll etmək və s.)
- Dizayner, marketoloqlar və üçüncü tərəf şirkət nümayəndələri ilə birgə iş
- Prioritetləri müəyyənləşdirmək və məhsulun həyat dövrünü idarə etmək
- Texniki tapşırıqların yazılması və əlavə edilməsi
BİZ SİZƏ TƏKLİF EDİRİK:
- Gənc və dinamik kollektivdə işləmək fürsəti;
- Şəhər mərkəzində iş yeri
- Karyera inkişafı fürsəti.
- Əmək haqqı: 600-700
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mobil tətbiq üzrə menecer köməkçisi” yazaraq hr@taxibaku.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...