Qısa məzmun
Bank “BTB” ASC Mikrokreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir. (Bakı, Sumqayıt, Gəncə üzrə)
- 2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
- Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İş barədə məlumat:
- Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam icrasını yerinə yetirmək;
- Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın mikrokreditləşmə əməliyyatlarının həyata keçirilməsini təmin etmək;
- Mikroseqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə Banka cəlbinin təşkil etmək;
- Müştərilərin kredit sifarişlərini qəbul etmək, maliyyə təhlilinin aparılması;
- Mikro kredit işlərinin hazırlanması və müvafiq Kredit Komitəsinə təqdim olunmasını həyata keçirmək;
- Özünün mikro kredit portfelinin keyfiyyətini nəzarətdə saxlayır, kredit ödənişlərinə və kredit tarixçəsinə nəzarəti həyata keçirmək;
Namizədə tələblər:
- Ali təhsil,
- Kreditləşmə sektorunda iş təcrübəsi,
- Ünsiyyətqurma bacarığı;
- Analitik təhlil qabiliyyəti;
- Təqdimetmə və satış bacarığı,
- MS office proqramında işləmə bacarığı.
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) 24.03.2022-ci il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Mikrokreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis) göstərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...