Qısa məzmun
Ə/h razılaşma yolu ilə. TBC Kredit Mikrokredit üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Azәrbaycan və rus dilindә sәrbәst danışıq bacarığı olmalıdır.
TBC Kredit – Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.
TBC Kredit BOKT Mikrokredit üzrə qrup rəhbəri vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Rəhbərlik etdiyi Mikrokredit qrupun aylıq hədəflərin icrasını təmin etmək
- Rəhbərlik etdiyi qrupun potensial müştərilərin cəlb edilməsi üçün işin təşkili
- Qrupun kredit portfelinin keyfiyyətinə nəzarət etmək
- Rəhbərlik etdiyi qrupun əməkdaşlarının peşəkar biliklərinin təkmilləşməsi istiqamətində işlər aparmaq.
Tələblər:
- Ali tәhsil
- Mikro kreditlәr üzrə minimum 2 il tәcrübә
- Azәrbaycan və rus dilindә sәrbәst danışıq bacarığı
- Analitik düşüncә
- İdarәetmә bacarığı
- Yüksək ünsiyyәt qurma vә komandada işlәmәk bacarığı
İş qrafiki – 09:00-dan 18:00-dək, şənbə və bazar – istirahət günləridir
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 13 sentyabr 2020-ci il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Mikrokredit üzrə qrup rəhbəri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...