Mikrobioloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avrora Mikrobioloq vəzifəsi üzrə vakansiya elan edir. Tibbi Sığorta ilə təminat olunur.

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

İşin qısa təsviri :

Mikrobioloji zərurət halı olan xammalın analizinin həyata keçirilməsi, nümunələrin analizi üçün reaktivlərin hazırlaması, metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrinin emal edilməsi, sistemləşdirilməsi, rəsmiləşdirməsi və onların hesabatının hazırlanması.

Sizin əsas vəzifə öhdəlikləriniz :

  • Qida məhsullarının içkilər və un məmulatlarının mikrobioloji analizlərinin aparılması;
  • Analiz ediləcək qida məhsullarının normativ sənədlərinə və sanitariya -gigiyena tələblərinə uyğun müayinələrinin tam formada həyata keçirilib dəyərləndirilməsinin həyata keçirilməsi;
  • Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nətəcələr üzrə rəyin verilməsi;
  • Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması;
  • Sənədlərin tərtib edilməsi və keyfiyyət şəhadətnaməsində mikrobioloji nəticələrin təsdiqlənməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

  • Qanunvericiliyin əsaslarnı ( AZS, GOST, SANPİN, Metodik qaydalar), əməyin mühafizəsi, təhlükəsizıik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair biliklər;
  • Laborator və analitik avadanlıqlardan istifadə qaydalarına dair biliklər;
  • Müayinə metodikalarına dair biliklər;
  • İstehsalatdan nümunələrin götürülmə qaydalarına dair biliklər;
  • Hesabatların aparılması qaydalarına dair biliklər;

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

  • Təhsil : Ali ( biologiya, mikrobilogiya və tibbi sanitariya-mikrobiologiya üzrə);
  • İş təcrübəsi : Mikrobioloq (qida sahəsi üzrə) kimi minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri : Azərbaycan və rus dillərində sərbəst danışmaq qabiliyyəti;
  • Kompüter bilikləri : MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı.

Bizim iş şərtləri :

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00;
  • İş yeri : Hökməli qəsəbəsi;
  • Nahar və servis şirkət tərəfindən təmin olunur;
  • Tibbi Sığorta ilə təminat.

Biz nə təklif edirik :

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş çeşidi;
  • Mükəmməl peşəkar komanda və mehriban mühit;
  • Sağlamlıq və həyat sığortası.n

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mikrobioloq” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət oluacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan