Mikro müştərilər departamentinin aparıcı mütəxəssis / baş mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank Mikro müştərilər departamentinin aparıcı mütəxəssis / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Mikro müştərilər departamentinin aparıcı mütəxəssis / baş mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “Mikro müştərilər departamenti, aparıcı mütəxəssis / baş mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Mikro müştərilər departamenti
Vəzifə: Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

  • Kredit portfelinin təhlili və hesabatların hazırlanması;
  • Departamentin əməkdaşlarının bonuslarının hesablanması;
  • Fond kreditləri (AKİA, SİF) ilə bağlı sənəd dövriyyəsinin təşkili və hesabatlığın aparılması;
  • Kreditləşmə ilə bağlı bazar təhlili.

Tələblər:

  • Bankın dəyərlərinə uyğun davranış;
  • Analitik düşüncə qabiliyyəti, riyazi və məntiqi təfəkkürə malik olmalı;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Excel proqramı üzrə mükəmməl biliklər, hesabatların hazırlanması bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Ünsiyyət qurma bacarığı;
  • Təşəbbüskar;
  • Dəqiqlik və detallara fikir bacarığı.

İş müddətində əldə edəcəksiniz:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki
  • Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı