Qısa məzmun
Ə/h razılaşma ylou ilə. AFB Bank Mikro kreditlər üzrə Kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Satış və təqdimat bacarığı olmalıdır.
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Qəbələ və Gəncə şəhərləri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək
- Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılması təmin etmək;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...