Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank Pərakəndə Bankçılıq Strukturunun meneceri (Mikro kreditlər istiqaməti) vəzifəsi üzrə vakansiya elan edir.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bankda müvafiq sahədə ən az 3 il iş təcrübəsinin olması;
- Mükəmməl Azərbaycan dili biliklərinə malik olmaq(İngilis, rus dili bilənlərə üstünlük verilir);
- İnsanlarla düzgün ünsiyyət qura bilmək və iş bacarığının olması;
- Yeni ideyalara malik olmaq və təşəbbüsü stimullaşdırmaq qabiliyyəti;
- Problemləri həll etmə bacarığı;
- Microsoft Office proqram bilikləri;
- Yuksək İdarəetmə qabiliyyətinin olması.
İŞİN TƏSVİRİ:
- Mikro kreditlər üzrə Potensial müştərilərin müəyyənləşdirilməsi;
- Satış planına əsasən pərakəndə məhsul və xidmətlərin satışının təmin olunması istiqamətində fəaliyyətin aparılması;
- Mikro kreditin satışının artırılması istiqamətində, o cümlədən mövcud satış kanallarının inkişafı ilə bağlı təkliflər hazırlanması
- Mikro kredit satışları barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;
- Mikro kreditlərin satışı üzrə rəqiblərin satış texnologiyaları, uğurları və uğursuzluqlarının araşdırılması və Bankın satış texnologiyalarının təkmilləşdirilməsi istiqamətində qaydaların hazırlanmasında iştirak etmək;
- Mikro kredit əməşdaşları və potensial pərakəndə müştərilərin bankın məhsul və xidmətləri barədə məlumatlandırılması üçün lazım olan təbliğat materialları və tədbirlərin sifariş edilməsi, onların icrasına nəzarətin həyata keçirilməsi;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər istiqaməti üzrə menecer” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...