Mikro kreditlər üzrə mütəxəssis peşəsi üzrə vakansiya — Azərbaycan Beynəlxalq Bankı — iş elanları 2020

Mikro kreditlər üzrə mütəxəssis peşəsi üzrə vakansiya

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Mikro kreditlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı vakansiya 2020

Azərbaycan Beynəlxalq Bankı regionlar üzrə Mikro kreditlər üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:

  • Sumqayıt
  • Kürdəmir
  • Ağdaş
  • Bərdə
  • Ağcabədi
  • Saatlı
  • Şəmkir
  • Göyçay
  • Şamaxı
  • Zaqatala
  • Şəki
  • Yevlax
  • Tovuz
  • Mingəçevir

 Görəcəyiniz işlər:

  • Bankın mikro kreditlər seqmentinə aid müştəri portfelinin idarə edilməsini və bu seqmentə aid bütün növ bank məhsullarının satışını təşkil etmək;
  • Mikroseqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə cəlbinin təşkili;
  • Müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərarvermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işinin təşkili;            
  • Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin təşkili;

Müştəri portfeli üzrə əməkdaşlıq, müraciət zamanı prosesi təqib etmək və yarana biləcək problemlərin həllinə sonadək dəstəyi təşkil etmək.                                                                                                               

Bizim üçün ideal namizəd:

  • Ali təhsili olan (iqtisadi arzuolunandı);
  • Azərbaycan dilini səlis bilən;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
  • Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.

 Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı bankında zəngin iş təcrübəsi qazanmaq imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait;
  • Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Mikro kreditlər üzrə mütəxəssis (region adı)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

 

Mühasib

Ə/h razılaşma yolu ilə. Kristal Abşeron MTK Mühasib vəzifəsi üzrə vakansiya elan edir. 1C yüksək səviyyədə bilməlidir.

Kristal Abşeron MTK - Şamaxı, Sumqayıt - 25.11.2020

İpoteka şöbəsinə aparıcı mütəxəssis

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinin İpoteka şöbəsinə baş mütəxəssis vakansiyası elan edir.

Azərbaycan Beynəlxalq Bankı - Bakı - 25.11.2020

İpoteka şöbəsinə aparıcı mütəxəssis

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinin İpoteka şöbəsinə mütəxəssis vakansiyası elan edir.

Azərbaycan Beynəlxalq Bankı - Bakı - 25.11.2020

Problemli Kreditlərinin Restrukturizasiyası Şöbəsinin məlumat mərkəzinin Kiçik Mütəxəssisi

AccessBank Problemli Kreditlərinin Restrukturizasiyası Şöbəsinin məlumat mərkəzinin Kiçik Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

AccessBank - Bakı - 25.11.2020

800 — 1200 ₼

Mühasib

Ə/h 800-1200 AZN. Çinici Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilməlidir.

Çinici - Bakı - 25.11.2020

1500₼

Böyük mühasib

Ə/h 1500 AZN. Azərbaycan Sənaye Korporasiyası ASC Böyük mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Sənaye Korporasiyası ASC - Bakı - 25.11.2020

Direktor (Aqrar sahəsi üzrə)

Ə/h razılaşma yolu ilə. Quba Aqro Direktor (Aqrar sahəsi üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Quba Aqro - Bakı - 25.11.2020

Devops

Ə/h razılaşma yolu ilə. Azericard Linux Administrator vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dilləri arzu olunandır.

Azericard - Bakı - 25.11.2020

İpoteka şöbəsinə mütəxəssis

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə bankçılıq departamentinin İpoteka şöbəsinə mütəxəssis vakansiyası elan edir.

Azərbaycan Beynəlxalq Bankı - Bakı - 25.11.2020

Biznesə Dəstək Departamentinin Aparıcı Mütəxəssisi

Ə/h razılaşma yolu ilə. AccessBank Biznesə Dəstək Departamentinin Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

AccessBank - Bakı - 25.11.2020

Biznesə dəstək şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Bank Respublika ASC Biznesə dəstək şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Iqtisadi və riyazi təhsilə üstünlük veriləcəkdir.

Bank Respublika ASC - Bakı - 24.11.2020

500 — 700 ₼

Kollektor

Ə/h 500-700 AZN. KredAqro BOKT MMC Kollektor vəzifəsi üzrə vakansiya elan edir. Müştərilərlə davranış etikasını bilməlidir.

Kredaqro - Bakı - 24.11.2020

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et