Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Embafinans Mikro-biznes kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
- Vəzifə: Mikro Biznes Kreditləri üzrə mütəxəssis/ Mikro Biznes Kreditləri üzrə Təcrübəçi
- İş yeri: BOKT EmbaFinans QSC
- Ünvan: Bakı şəhəri.Yasamal rayonu. Akim Abbasov küç.73E
- Əmək haqqı razılaşma yolu ilə.
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
Tələblər:
- 21-35 yaş;
- Ali təhsil;
- Özünü satışda görən, aktiv inkişafa meyilli universiteti yeni bitirən gənclər üçün təcrübə mütləq deyil.
- Əla səviyyədə Azərbaycan dili (ingilis və rus dilini bilmək arzu olunandır.)
- Məsuliyyət və stresə davamlılıq;
- Yüksək səviyyədə satış qabiliyyəti;
- Effektiv ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı;
- Tapşırıqların həllində çeviklik.
Vəzifə Öhdəlikləri:
- Mikro biznes kredit məhsullarını təbliğ etmək, potensial müştəriləri cəlb etmək və kredit təşkilatını müştəri qarşısında təmsil etmək;
- Müştərilərlə biznes görüşlərin aparılması; Cəlb olunan müştərilər qarşısında qoyulan tələblərin icrasına nəzarət;
- Biznes analizlərin aparılması;
- Keyfiyyətli kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı.
Biz isə sizə təklif edirik:
- Zəngin iş təcrübəsi qazanmaq imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait;
- Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
- Korporativ iş mühiti.
Elektron poçtun “mövzu” hissəsində “Mikro Biznes Kreditləri üzrə mütəxəssis” və ya “Mikro Biznes Kreditləri üzrə təcrübəçi” qeyd etməklə öz Cv-nizi iseqebul@embafinans.az ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...