Qısa məzmun
Huner Group Mexanika üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir.
Öhədliklərimiz:
Yaşayış kompleksində işlək vəziyyətdə olan:
- Siqnolizasiya sistemini;
- Havalandırma mühərriklərini;
- Generator mühərriklərini;
- Su nasoslarını;
- Yanğın pompası elektrik panosunu;
- Su dövriyyə mühərriklərini;
- Havalandırma üzrə karbon monooksid və s. mühərriklərə mütəmadi şəkildə texniki baxış keçirmək;
- Qeyd olunan mexanika sistemlərində texniki nasazlıqları aradan qaldırmaq və bu barədə rəhbərliyə məlumat vermək;
Tələblərimiz:
- Mexanika sahəsi üzrə təhsil;
- Bu istiqamətdə ən azı 3 illik iş təcrübəsi;
- Başda ana dilimiz olmaqla, rus dilində şifahi və yazılı şəkildə səlis nitqə sahib olmaq;
- Xoş ünsiyyətə və komanda ruhuna sahib olmaq;
- Analiz etmə və qərar verə bilmə bacarığı;
Şərtlərimiz:
- İş qrafiki 6 günlükdür;
- İş saatları bazar ertəsindən cümə gününədək 9:00-dan 18:00-dək, şənbə günləri 10:00-dan 16:00-dəkdir;
- Yaşayış kompleksləri Ağ şəhərdə yerləşir;
- Nahar yeməyi və geyim müəssisə tərəfindən təmin olunur;
- Əməkhaqqı yalnız müsahibə mərhələsinə dəvət almış namizədlərlə müzakirə ediləcək;
Qeyd: “CV”lərin iki səhifəni keçməmək şərtilə azərbaycan dilində tərtib edilməsi şərtdir!
Oxşar vakansiya siyahısı:
3D dizayner
Brain Solutions 3D dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...