Mexanika üzrə Böyük Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerbaijan Supermarket LLC Mexanika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə Öhdəlikləri:

  • Sənaye soyutma sistemlərinin (soyuducuların) hesabatını aparmaq;
  • Soyutma avadanlığı (soyuducu) üçün texniki layihələrin uyğunluğunu yoxlamaq və müəyyən etmək;
  • Soyutma (soyuducu) avadanlığının düzgün quraşdırılmasını təşkil etmək və nəzarət etmək;
  • Soyutma sistemindəki qəzalara sürətli və düzgün reaksiya verərək onun bərpasını minimum vaxtda təmin etmək;
  • Soyutma sistemləri ilə bağlı yenilikləri araşdırmaq və tətbiq etmək;
  • Soyuducu sistemlər üzrə risk analizinin hazırlanması;
  • Soyuducu sistemləri üzrə şirkətlərin qiymətləndirilməsi;
  • Soyuducunun texniki xidmət cədvəllərinin hazırlanması və prosesə nəzarət etmək;
  • Soyuducu sistemlərin qüsurlu hissələrini sifariş etmək, tədarük və quraşdırma proseslərini izləmək;
  • Soyuducu sistemləri ilə bağlı itkilərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək;
  • Sənaye Sobaları haqqında texniki hesabatlar hazırlamaq və təklifləri texniki baxımdan qiymətləndirmək;
  • Sənaye Sobaları üçün texniki xidmət cədvəlləri hazırlamaq və onların icrasına nəzarət etmək;
  • Sənaye Sobalarının qüsurlu hissələrini sifariş etmək, tədarük və quraşdırma proseslərinə nəzarət etmək;
  • Dövlət orqanları ilə sənədləşmə proseslərinə nəzarəti (Azərsu, Su kanalı xidmətləri və s.) və tələblərin yerinə yetirilməsini təmin etmək;
  • Dövlət orqanlarına sahə səfərlərinin təşkili və tətbiq olunan layihələrin dövlət orqanlarına təqdim edilməsi (Fövqəladə Hallar Nazirliyi, Azərsu və s.);
  • Risk qiymətləndirmə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Dizaynları, hesablamaları, eskizləri, diaqramları, sxematik rəsmləri və iş təsvirlərini tərtib etmək, detallar hazırlamaq və spesifikasiyalara düzəliş etmək;
  • İş prosesini izləmək və mexanika mühəndislərinə və dizaynerlərə nəzarət etmək;
  • Sahədə avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və işə salınması zamanı səhə dəstəyinin göstərilməsi;
  • Standartlara uyğun konseptual, inkişaf və təfsilatlı iş layihəsinin hazırlanması;
  • Avadanlıqların performansının yoxlanılması prosesində iştirak etmək;
  • Hidroenergetika qurğularının vəziyyətinin qiymətləndirilməsi;
  • SolidWorks Simulation vasitəsilə inkişafda olan yeni məhsulların struktur, davamlılıq, vibrasiya, istilik və axın performansını proqnozlaşdırmaq üçün simulyasiya
  • delləri qurmaq;
  • MEP Meneceri və ya Layihə Menecerinin göstərişi ilə layihə tapşırıqları və ya dəstək işləri üzərində işləmək;
  • Təlimlər vasitəsi ilə peşəkar inkişafını davam etdirmək, iş fəaliyyəti haqqında rəy almaq və təkmilləşdirmə istiqamətində konstruktiv tənqiddən istifadə etmək;
  • Komponent performans testləri və məhsul üzrə sınaq testləri hazırlamaq və həyata keçirmək;
  • Toplanan məlumatlara əsaslanaraq tövsiyələr və həllər hazırlayıb tətbiq etmək;
  • Sistemin funksional və dəqiq tələblərini müəyyənləşdirmək;
  • Texniki təhlillər aparmaq;
  • Dizaynın tətbiq olunan kodlara və standartlara uyğunluğunu yoxlamaq;
  • Avadanlıqların istehsalına, quraşdırılmasına və istismara verilməsinə texniki nəzarətin təmin edilməsi;
  • Mühəndislik işləri üzrə təlimatları, keyfiyyətə nəzarət / keyfiyyətli təmir qaydalarını və test sənədlərini hazırlamaq;
  • Orta çətinlikdə olan problemlərləı üzləşdikdə birbaşa nəzarət və kömək olmadan texniki mühəndislik problemlərinin həllini hazırlamaq və tətbiq etmək;
  • Texniki məsələlərlə bağlı məlumatları çatdırmaq və sorğuları cavablandırmaq;
  • Bəzən komanda rəhbəri kimi xərclərin azaldılması istiqamətində planlar hazırlamaq və həyata keçirmək üçün əməliyyat qrupu ilə işləmək.

Namizədə dair tələblər:

  • Mexanika Mühəndisliyi üzrə bakalavr və ya daha yüksək təhsil dətəcəsi;
  • Sahə üzrə 5-10 il təcrübə;
  • Sənaye soyutma sistemləri üzrə ən az 5 il təcrübə;
  • Qeyri-texniki sahədə çalışan həmkarlarına və rəhbərliyə mürəkkəb problemləri çatdırmaq bacarığı;
  • Güclü şəxslərarası və komanda qurma bacarıqları;
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Sənaye soyutma sistemlərinə dair sertifikat.

Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına “Mexanika üzrə Böyük Mühəndis” başlığı ilə müraciət edə bilər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı