Mexanika bölməsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000- 2000 AZN. Corn Processing Company Mexanika bölməsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Oğuz, Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 1000 2000 arası
Tabeçilik: Texniki şöbənin müdirinə

İŞİN TƏSVİRİ:

  • Müəssisənin istehsal və qeyri istehsal sahələrinin texniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək.
  • İstehsalat prosesi zamanı mexaniklərin qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq.
  • Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək.
  • Qoruyucu avadanlıqların, bağlayıcıların, axış ölçənlərin, axışa nəzarət klapanlarının, səviyyə ölçənlərin, hərarət ölçənlərin və digər ölçü cihazların təmizliyini və sazlığını təmin etmək.
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək.
  • İstehsalatın texniki hazırlığını təmin etmək.
  • Müəssisənin texniki xidmət və təmir fəaliyyətinə rəhbərlik etmək, onların işinin təşkilinə, nəticələrinə və əmək intizamına nəzarət etmək.
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, ehtiyat hissələrinin və materialların alınması üçün sifariş ərizələrini tərtib etmək.
  • Texniki xidmətin və təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək.
  • Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən etmək və onların təmirini növbələşdırmək.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali texniki təhsil (Mexanik,Mühəndis);
  • Sahə üzrə minimum 1 il 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini hr@cpccom.az ünvanına göndərə bilərlər.
(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı