Mexanika mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzAgroTech Mexanika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

AzAgroTech” Azərbaycanda fəaliyyət göstərən, aqrar sektor üçün texniki avadanlıqlar istehsal edən yerli şirkətdir. Bizimlə əməkdaşlıq edən şirkətlərə və şəxslərə kənd təsərrüfatı, istixanalara dair müxtəlif məhsullar təklif edirik. Müştərilərimizə keyfiyyətli məhsul təqdim etmək üçün fabrikimizdə Avropadan gətirilmiş dəzgahlardan istifadə olunur.

“AzAgroTech” qədim ənənələrə dayanan kənd təsərrüfatını daha da asanlaşdırmaq üçün namizədləri “Mexanika mühəndisi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

İşin təsviri:

  • Qayçı tipli qaldırıcı avadanlıqlar və platformaların etibarlı və təhlükəsiz şəkildə istehsalını təmin etmək üçün müvafiq mühəndis hesablamaları aparmaq;
  • 3D Modelləşdirmədə avadanlığın layihəsini tərtib etmək və layihəni normativ sənədlərə uyğun idarə etmək;
  • İstehsal üçün lazımı avadanlıqların ehtiyaclar smetasını tərtib etmək;
  • Sifarişlərin vaxtında təhvil verilməsini təmin etmək;
  • İşlərdə yaranan nöqsanların aradan qaldırılması məqsədi ilə sahədə işçi briqadası ilə müştərək tədbirlər həyata keçirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il peşəkar iş təcrübəsi;
  • “MS Office”, “AutoCAD”, “3D Modelling” proqramlarında işləmə bacarığı;
  • Texniki sənədlərlə, çizgilərlə işləmə bacarığı;
  • İşgüzar ünsiyyət və komandada işləmək bacarığı;
  • Tapşırıqların vaxtında yerinə yetirilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftənin I–V günləri 08:00-dan 17:00-dək;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini nazmi.c@azagrotech.com elektron ünvanına “Mexanika mühəndisi” başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı