Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Mexanik-usta köməkçisi (İstehsalatda) vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://hr.mktcotton.com/az/job/mexanik+usta+komekchisi+1?sources=Jobsearch.az
Vəzifə öhdəlikləri:
- Növbə üzrə müəyyən avadanlıqların, daraq maşınlarının, press maşınlarının təmizliyinə və işlək vəziyyətdə olmağına nəzarət edir;
- İstehsalın gedişində qarşıya çıxan xətaları növbə rəisinə məlumat verir və ya aradan qaldırır;
- Təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirir;
- Növbə ərzində baş verə biləcək qüsur və qəzalar haqqında dərhal rəhbərliyə məlumat verir;
- Daxili intizam, Əməyin mühafizəsi,yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi.
Tələblər:
- Ali və ya peşə təhsili
- İstehsalatda ən az 2-3 illik təcrübə
Səriştələr:
- Məsuliyyətli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı 580 AZN (gross)-dən başlayaraq
- İş qrafiki: Dəyişkən növbəli
- İş yeri: Bakı şəhəri, MKT İK MMC – Tekstil idarəsi
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Mexanik-usta köməkçisi (İstehsalatda)” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.