Qısa məzmun
IMA Energy MMC Mexanik – qazanxana vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komandada işləmək bacarığı olmalıdır
İş barədə məlumat:
- Avadanlığın işində olan nasazlıqların qarşısının alınması və aradan qaldırılması.
- Qazanlara, onların köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktik baxışın keçirilməsi və qazan aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində iştirak etmək
- Qazan və onların mexanizmlərinin alınması və işə salınması.
- Mühərrik və nasosların işə salınması və dayandırılması, su və ötürülən digər mayelərin verilən təzyiqinin saxlanılması və borukəmərlərinin xidmət edilən sahələrinin nasos, mühərrik və armaturunun fasiləsiz işinə nəzarət.
- Nasos avadanlığının cari təmirinin yerinə yetirilməsi, orta və əsaslı təmirdə iştirak etmək
- İş qrafiki: 1 sutka iş, 3 sutka ev
Namizədə tələblər:
- Müvafiq sahədə təcrübənin olması
- İntizamlı, məsuliyyətli və komandada işləmək bacarığı
- Uyğun namizədlərin cv@imaenergy.az email ünvanına cv göndərməyini xahiş edirik.