Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Technoil LLC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən veriləcək.
Vəzifələri:
- Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
- Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
- İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;
- Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
- Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
- Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
- Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq;
Tələblər:
- Müvafiq sahəyə uyğun Ali və ya orta ixtisas təhsili;
- Müvafiq vəzifədə minimum 1 illik iş təcrübəsi;
- Kompüter bilikləri (Microsoft office proqramları)
- Şəxsi keyfiyyətlər:,işinə vicdanla yanaşan, məsuliyyətlilik, dürüstlük, nəticələrə diqqət, yüksək təşkilati və ünsiyyət bacarıqları, komanda ilə işləmək;
- İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
Əmək şəraitinin şərtləri:
- 6 günlük iş həftəsi. İstirahət həftənin Bazar günü;
- Nahar şirkət tərəfindən veriləcək;
- İş yeri Sumqayıt şəhərində yerləşir;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə ediləcək;
- Əmək haqqı namizədin bilik və bacarıqları əsasında müəyyən ediləcək;
Qeydlər:
- Zəhmət olmazsa, emailin subject hissəsinə müraciət etdiyiniz vakansiyaya uyğun olaraq “Mexanik” sözünü qeyd edin.
- Xahiş edirik, yalnız qeyd olunan kriteriyalara uyğun namizədlər CV-lərini hr@technol.az ünvanına göndərsinlər.