Mexanik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

VELİEV şirkəti Mexanik vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və Öhdəlikləri:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək.
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini görmək.
  • İstehsalatın texniki hazırlığını təmin etmək.
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsi.
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək.
  • Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edib və onların təmirini növbələşdirmək.
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi.
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər hazırlanamaq və tətbiq etmək.

Tələblər:

  • Ali texniki vəya mühəndis-texniki təhsil
  • Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
  • Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını;
  • İşinə məsuliyyətli, intizamlı olmaq;
  • Komanda ilə işləmə bacarığı;

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Avqust tarixinədək emailin mövzu hissəsində “Mexanik” qeyd edərək hr@veliev.az  elektron ünvanına göndərə bilərlər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan