Mexanik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Elmanado MMC Mexanik üzrə vakansiya elan edir.

Tələblər:

  • Cins: kişi
  • Təhsil: Sahə üzrə Ali və ya peşə təhsili
  • İş təcrübəsi: Mütləq həmin vəzifədə 3 ildən artıq
  • İşə məsuliyyətli və diqqətli yanaşmalı
  • Yüksək iş sürəti
  • Çalışqanlıq

İş barədə məlumat:

  • Əsas və yardımçı avadanlığının mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini ehtiyac olduqda sökməli,təmir etməli və yığmalıdır
  • Quraşdırılan, sökülən, təmir olunan avadanlıqların təyinatını bilməlidir
  • Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatların nomenklaturasını bilməlidir
  • Avadanlığının ayrı-ayrı birləşmələrinin (qovşaqlarının) və hissələrinin, armaturlarının zədələnməsini aşkar etməli, yeyilmənin səbəbi və dərəcəsini təyin etməlidir
  • Fiziki-mexaniki analiz üçün cihazların və onların seçmə qurğularının işləmə prinsipini və quraşdırma xüsusiyyətlərini bilməlidir
  • Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını, cihaz və avtomatizasiya sistemlərinin quraşdırılmasında üstü örtülmüş işlərin tərtib olunmasını bilməlidir
  • Quraşdırma oxlarının nişanlanma, qurulma və yerinin dəyişdirilmə üsullarını təşkil etməlidir
  • Mexanizm düyünlərinin və polad sürüşən qəlib elementlərini yığmalı və sökməlidir
  • Metalkonstruksiyanı düzəltməli, bitişmə yerlərinin quraşdırıcı boltlarla bərkitməlidir
  • Yanğın təhlükəsizliyinin tələblərini bilməli və yanğından mühafizə vəsaitlərindən istifadəni bilməlidir

İş şəraiti:

  • İş qrafiki : Həftənin 6 günü, bazar günü istirahət
  • əmək haqqı: Razılaşma yolu ilə
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığında yerləşən Elmanado Ayaqqabı Fabrikası CV “Mexanik” başlığı ilə hr@elmanado.az ünvanına göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı