Qısa məzmun
Ə/h 1000-1200 AZN. Performance Center Co Mexanik vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə 3 illik iş təcrübəsi olmalıdır.
“Performance Center Co” MMC (Chevrolet Azərbaycan) Texniki xidmət bölməsinə “Mexanik” vəzifəsinə vakansiya elan edir.
Vəzifələr:
- Avtomobillərə texniki qulluq və təmir işinin yüksək səviyyədə təşkili;
- Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
- Texniki qulluq və təmir işinin texniki heyət üzrə müvafiq şəkildə bölünməsi;
- Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;
- Göstərilən xidmətlərin keyfiyyəti, təkrar təmirlə bağlı müştəri müraciətlərinin araşdırılması.
Tələblər:
- Təhsil: Ali (bakalavr)
- Müvafiq sahədə 3 illik iş təcrübəsi;
- Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
- Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.
Əlavə məlumat:
- İş günləri: həftədə 6 gün
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 1000-1200 AZN
- Əlavə olaraq xidmət göstərilmiş avtomobillərə görə bonuslar 500-800 AZN
Namizədlərdən öz tərcümeyi-halını hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Aşbaz köməkçisi
Hajigabul Poultry Farm Company Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. ...
Qaynaqçı
Zəfər Bağları Qaynaqçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş Mexanik
Grand Motors Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...