Metodist (İdarəetmə peşələri üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi Metodist (İdarəetmə peşələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Mərkəzin tədris prosesində fəaliyyət istiqamətləri üzrə işlərin vəziyyətini öyrənir, onun səmərəliliyinin artırılmasına dair təkliflər verir;
  • Mərkəzin fəaliyyət sahəsi üzrə metodik tövsiyə, vəsait, tədris plan və proqramları, tədris-metodiki sənədlərini hazırlayır və təsdiq edilməsini təşkil edir.;
  • Müvafiq bölmələr üzrə seminar-müşavirə, təcrübə mübadiləsi, açıq dərslər və müzakirələr keçirir;
  • Təhsil proqramlarına uyğun tədris proqramlarının tərtibinə nəzarət edir;
  • Pedaqoji prosesin və onun nəticələrinin təhlili əsasında mərkəzin pedaqoji işçilərinin ustalığının yüksəldilməsi ilə məşğul olur;
  • Müvafiq sahədə qabaqcıl iş təcrübəsini öyrənir;
  • Mərkəzdə tədrisin müasir metodları, pedaqoji texnologiyalar və mexanizmlərdən istifadə etməklə fəaliyyət göstərməsini təmin etməkdə metodiki yardım göstərir;
  • Mərkəzdə metodik işin vəziyyətinin öyrənilməsi, müvafiq addımların atılması və təşkili üzrə məsləhətlər verir və kömək göstərir;
  • Beynəlxalq sferada müvafiq sahələr üzrə baş verən dəyişiklikləri izləyir və bu dəyişikliklərə əsasən müvcud tədris proqramında yenilənmələr edilməsinə nəzarət edir.

Bilməlidir:

  • Azərbaycan Respublikasının qanunlarını;
  • Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
  • Müasir peşə tədris texnologiyalarını, online platformalar üzərindən tədrisin təşkilinin əsaslarını bilməlidir;
  • Müvafiq sahə üzrə beynəlxalq standartları;
  • Əməyin təşkilinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

  • Ali təhsil, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili mükəmməl, rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 1 300 (Bir min üç yüz) manat

Maraqlı olanlar CV-ni “Metodist (İdarəetmə peşələri üzrə)” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...