Qısa məzmun
Daşkəsən Dəmir Filiz MMC Metallurq vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
- Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək;
- Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
- Aparılan sınaq işlərinin hesabatlılığını təşkil etmək;
- Emal bölməsinin gündəlik və həftəlik fəaliyyətini göstərən hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək;
- Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını birbaşa rəhbərini məlumatlandırmaqla vaxtında və tam icra etmək.
Namizədə tələblər:
- Ali təhsil(Metallurgiya üzrə);
- Sahə üzrə 2 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
- MS Office üzrə biliklər.
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Metallurq” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Mənbə: jobsearch.az