İş barədə məlumat:
- Yeni tikilən, eləcə də təmirdə olan gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən qaynaq əməliyyatları həyata keçirilir
- Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
- Sığorta Təminatları var
- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq maaşa əlavə hesablanır
Namizədə tələblər:
- Sahə ilə əlaqədar qaynaq aparatlarından və əl alətlərindən mükəmməl istifadə etmə bacarığı
- Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının və yarımavtomatların quruluşlarını və iş mexanizmlərini bilməli
- Dəyişən va sabit cərəyanla qaynağın va elektrik qovsü ilə yonmanın xüsusiyyətlərinə bələd olmalı
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
- Elektrodların növlərini bilmək və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçmək
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
- Ağır sənayedə metal qaynağı sahəsində 3 illik iş təcrübəsi
- Kollektivdə işləmə bacarığı
* Maraqlanan namizədlər hr@bakushipyard.com e-mail ünvanına CV göndərə və ya (051) 225 56 06 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.
CV göndərən şəxslər mövzu yerində mütləq müraciət edilən vəzifənin adını göstərməlidirlər.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...