Metal konstruksiya üzrə mühəndis-konstruktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. METAK Metal konstruksiya üzrə mühəndi vəzifəsi üzrə vakansiya elan edir. Ölçmə işləri üçün bəsit riyazi biliklər olmalıdır.

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

“METAK” şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Metal konstruksiya üzrə mühəndis-konstruktor

İşin təsviri:

  • Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
  • Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
  • Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
  • Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq.

Tələblər:

  • Təhsil: Ali texniki;
  • İş təcrübəsi: Müvafiq vəzifələrdə 1-3 il;
  • Kompüter bilikləri: Microsoft Office, AutoCAD, Corel Draw proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, Rus.

Əlavə şərtlər:

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=161 və ya hr@metak.az ünvanına CV göndərərək 21.02.2021–ci il tarixinə kimi müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı