Məsul Aktuari
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A – Group Insurance Company Məsul Aktuari vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Qanunla müəyyən edilmiş sığorta siniflərinin təsnifatına müvafiq olaraq sığorta risklərinin tədqiqi və sistemləşdirilməsi;
  • Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətinin nəzarətdə saxlanılması;
  • Sığorta tariflərinin hesablanmasının təmin edilməsi, müvafiq qaydada modelllərin təkmiləşdirilməsi ilə bağlı rəylərin verilməsi və nəticələrin analizinin aparılması;
  • Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamaların aparılması və təkliflərin hazırlanması;
  • Sığorta məhsulunun xarici və daxili sığorta bazarında vəziyyətinin araşdırılması, müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak edilməsi, yerli bazar şəraitini nəzərə alaraq, hazırlanacaq yeni məhsulun üzləşə biləcəyi risklər barədə rəy bildirilməsi;
  • Tələb olunan kapitalın məbləği, məcmu kapitalın məbləği, sığortaçının öz vəsaitinin məbləği, sığorta ehtiyatlarının məbləği, zərərlilik dərəcəsi, sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutum məbləğinin müəyyən edilməsi üçün müvafiq hesablamaların aparılması;
  • Şəxsi tutumla bağlı metodologiyanın hazırlanması və rəyin verilməsi;
  • Şirkətin öhdəliklərinə uyğun olaraq risk əsaslı analizlərin aparılması;
  • Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadisələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərə yenidən baxılması üçün təkliflərin verilməsi.

Tələblər:

  • Sığorta sektorunda aktuari kimi 1 il təcrübə;
  • Məsul aktuari vəzifəsi üçün qanunvericiliklə tələb olunan şəhadətnamə və icazə;
  • İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi Münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat sahələri üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Azərbaycan dili – əla, rus və ingilis dili arzuolunandır;

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını  20 İyun 2022-ci il tarixinədək  Mövzu/Subject hissəsində “Məsul Aktuari” qeyd edərək elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə