Qısa məzmun
Ə/h razılaşma yolu ilə. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cyber Security Analyst istiqaməti üzrə Məsləhətçi vakansiyası elan edir.
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Məsləhətçi (Cyber Security Analyst istiqaməti üzrə)
Şöbə: İnformasiya sistemlərinin təhlükəsizliyi
Vəzifə öhdəlikləri:
- Server proqram təminatının dəstəklənməsində iştirak edilməsi, Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi
- Sistemlərdə təhlükələrin və boşluqların təhlil edilməsi, onların qarşısının alınması üçün tədbirlərin görülməsi;
- Daxili təhlükəsizlik testlərinin keçirilməsi, hesabatların hazırlanması;
- Kibertəhlükəsizlik pozuntularının təhlil edilməsi, onların həlli üçün tədbirlərin görülməsi,
- Şəbəkə təhlükəsizliyi, müdaxilənin aşkarlanması (İDS) və müdaxilənin qarşısının alınması (İPS) sistemlərinin tələblərinin müəyyən edilməsi;
- Şəbəkədə kiberhücumların, icazəsiz daxilolmaların, qanunsuz müdaxilələrin qarşısının alınması;
- Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
- Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Vəzifə üçün tələblər:
- Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);
- Şəbəkə avadanlıqlarının iş prinsipi üzrə biliklər;
- İT təhlükəsizlik üzrə 3 il iş təcrübəsi;
- Mail, Proxy, Backup, Firewall, antivirus xidmətlərinin quraşdırılması və sazlanması üzrə biliklər;
- Firewall and IDS/IPS, müdaxilə və zəiflik (penetration and vulnerability) testlərinin aparılması haqqında biliklər;
- DLP, anti-virus və anti-malware, Windows, UNIX and Linux sistemləri üzrə biliklər;
- Şəbəkə protokolları və paket analiz alətləri ilə bağlı biliklər;
- Müvafiq sahələr üzrə sertifikatlara malik olma arzuolunandır;
- Komandada işləmək bacarığının olması.
Maraqlanan namizədlər CV-lərini hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...