Məsafədən satış üzrə Assistent
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Məsafədən satış üzrə Assistent vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/ldttyjnq

Təsvir

İşiniz nədən ibarətdir?

  • Müvafiq segmentə aid potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsinə və satışlarını təmin edilməsi;
  • Mövcud olan müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə Bank tərəfindən təqdim olunan məhsulların və xidmətlərin irəliləyişi üzərində işlənilməsi;
  • Müvafiq segmentə aid cari və potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onlara yeni platformanı tanıdaraq, iştirakçı kimi cəlb edilməsinin və satışların artırılmasının təmin edilməsi;
  • Müvafiq segmentə aid yeni və potensial müştərilərin yeni məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılması;
  • Xüsusi siyahılar üzrə mövcud və potensial müştərilərə təkrar zənglərin edilməsi (kredit kartlarının etibarlıq tarixləri bitdikdə daxil olmaqla);
  • Rəqəmsal biznes kreditlərinin satışını təşviq etmək üçün xüsusi siyahılar üzrə müştərilərə zənglərin edilməsi;
  • Bankdan getmiş müştəriləri yenidən cəlb etmək üçün soyuq satış zənglərinin edilməsi;
  • Müvafiq segmentə aid olan müştərilər üçün Bank tərəfindən təqdim olunan məhsulların soyuq satış və daxil olan müraicətlər əsasında e2e satışı (Məhsul üzrə daxil olan müştəri müraciətlərini qəbul edib,müştərilərə lazımi məlumatları təqdim edərək e2e satışı həyata keçirmək.);
  • Məsafədən satış zamanı prosesdə yaranan problemlərinin aradan qaldırılması üzrə müraciətlərin təhlil edilməsi və müştəriyə lazımi dəstəyin göstərilməsi: Satılmış məhsulların monitorinqi , tamamlanmamış müraciətlər ilə bağlı sistemdən daxil olan emailların alınması və prosesə uyğun olaraq icrası, müştərilərin əlaqə nömrələrinin axtarışı, müştərilərə proses üzrə dəstək verilməsi və nəticə ilə bağlı müştərilərə zənglərin edilməsi. Təqdim olunmuş siyahılara və alternativ kanallar vasitəsi ilə daxil olan müraciətlərə əsasən potensial müştərilər ilə əlaqə saxlayıb məlumat təqdim etmək, tələb olunan müvafiq sənədləri toplamaq və satışı həyata keçirmək;
  • Maliyyələşmə məhsullaırnın satışı zamanı fiziki görüş tələb olunan müştəri müraciətlərinin təhlil edilməsi (ilkin məlumatın əldə olunması – first screening) və müvafiq segmentə aid Müştəri menecerlərinə yönləndirilməsi və xidmətin sona qədər aparılmasını təqib edilməsi;
  • Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi;
  • Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstərilməsi;
  • Müştərinin satışdan sonra yaranan narahatçılıqları ilə bağlı müştərilərdən daxil olan sorğulara əsasən müvafiq strukturlara müraciətin edilməsi;
  • Məhsul/xidmət əldə etmiş müştərilərin həmin məhsul üzrə yaranan sual və problemlərini araşdırmaq və müştəriyə lazımi dəstəyi təmin edilməsi;
  • Digər satış kanallarından daxil olan müraciətlərin operativ cavablandırılması, müştəri şikayət və təkliflərinin aiddiyyatı strukturlara yönləndirilməsi;
  • Mümkün şübhəli əməliyyatların və hadisələrin müəyyənləşdirilməsi, təhlil edilməsi və müvafiq strukturlara eskalasiya edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili arzuolunandır)
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
  • Lisenziya / Sertifikat: –
  • Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis)
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
  • Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq
  • Bazar üzrə biliklər:
  • Başqa tələblər: Güclü ünsiyyət bacarığı, müştərilərlə danışma qabiliyyəti, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

 

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı