Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Kredit Satışı üzrə İşçi vəzifəsi üzrə vakansiya elan edir. Güclü satış bacarığı olmalıdır.

Məqdsəd:

Mərkəzləşdirilmiş Kredit Satışı üzrə  İşçi Mərkəzləşdirilmiş Kredit Supervayzerinin rəhbərliyi altında  müştərilərə ehtiyaclarını müəyyən etməkdə dəstək olacaq, müştərilərin ehtiyaclarını ödəyəcək kredit məhsullarını və miqdarını seçməkdə məsləhət verəcək məsul şəxsdir.

Başlcıa fəaliyyətlər:

  • Müştərinin cari kredit və sahib olduğu biznes növü ilə  hesabatdan və ya ehtiyac olduğu təqdirdə sistem üzərindən tanış olmaq
  • Müştəriyə məhsulu satmaq üçün FİNCA məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini təsvir etmək
  • Müştəri imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FİNCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq yüksək keyfiyyətli satış imkanları yaratmaq
  • Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə vaxtı-vaxtında əlaqə saxlayaraq prosesi nəzarətdə saxlamaq
  • Xarici mənbələrədən (kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və proqrama daxil etmək
  • Sistem tərəfindən kredit avtomatik təsdiqləndikdə, tələb olunan sənədləri müvafiq filiala göndərmək, müştəri ilə əlaqə saxlayıb ona təsdiq məlumatını, eyni zamanda onunla filialdan nə zaman əlaqə saxlayacağını və kreditin alınması üçün hansı sənədlərin lazım olacağını  bildirmək
  • Etdiyi zənglər əsasında gündəlik/ həftəlik hesabat hazırlamaq
  • Mərkəzləşdirilmiş Kredit Satış nümayəndələrinə digər məsələlərlə bağlı kömək etmək

Tələblər:

  • Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr təhsili arzuolunandır
  • Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq
  • Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları
  • Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
  • Analitik düşüncə qabiliyyəti
  • Satış xidmətləri sahəsində təcrübə (kredit vermə və digər oxşar sahə üzrə təcrübəyə üstünlük verilir)
  • Yüksək təşkilati və vaxtı idarəetmə bacarığı
  • Gərgin iş mühitində işləmə bacarığı
  • Komanda ilə iş bacarığı
  • Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı
  • Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 29 dekabr 2021-ci il tarixdən gec olmamaq şərtilə elektron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı