Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Crispa Snacks Merchandiser (FMCG sahəsində) vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqda məlumat: Crispa Snacks MMC 2018-ci ilin əvvəlindən fəaliyyətə başlayan qida istehsalçısıdır. Crispa brendinin əsas məqsədi təbii və sağlam çərəz sektorunda qabaqcıl yerlərdən birini tutmaqdır. Crispa məhsulları 100% natural və orqanikdir. Şirkətimiz Azərbaycan Qida Təhlükəsizliyi agentliyi sertifikatını və bununla yanaşı ISO 22000:2018 beynəlxalq sertifikatını da əldə etmişdir. Crispa məhsullarının satışı ölkəmizin bütün supermarket şəbəkələrinə təşkil edilmişdir.
Merchandiser vakansiyası(FMCG sahəsində)
- Şirkət: Crispa Snacks MMC
- Ərazi: Bakı
- Əmək haqqı: Müsahibə əsasında
- Yaş həddi: 20 — 30 yaş
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
Vəzifə Öhdəlikləri:
- Şirkətin məhsullarını dəqiq tanımaq və məhsul barədə məlumatlı olmaq(tərkibi, keyfiyyəti və s.)
- Təyin olunmuş gündəlik rut üzrə hərəkət etmək
- Rəflərdə şirkət məhsullarının tələblərə uyğun olaraq düzgün düzülüşünü təmin etmək
- Merchandising standartlarını həyata keçirmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
- Sifarişləri qəbul etmək və sistemə göndərmək
- Qiymət dəyişiklərinə nəzarət etmək (Rəfdə qiymətin olmasına nəzarət)
- Daxili nizam-intizam qaydalarına əməl etmək
- Gün ərzində olduğu hər bir satış nöqtəsi barədə rəhbərliyə məlumat verilməsi
Tələblər:
- Azərbaycan dilini səlis bilmək
- Çatdırılmada şəbəkə marketlərdə təcrübəsinin olması
- İşinə qarşı məsuliyyətli, səliqəli və intizamlı olmalı
- Təqdimat və kommunikasiya bacarığı
- Minimum 3 ay distribüsiya şirkətində və ya şəbəkə marketdə iş təcrübəsi olmalıdı
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Cəld, dinamik, məsuliyyətli, dəqiq, icraçılıq qabiliyyəti
- Komandada işləmə bacarığı
- Bakı şəhərini yaxşı tanımalı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Merchandiser” qeyd edərək öz CV-lərini hr@crispa.az elektron ünvanına göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Absheron Satış üzrə auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...