Memar
vakansiya — 2023

Şirkətlər üçün:

Elan sifarişi:
Reklam sifarişi:

Qısa məzmun

Ə/h 800-1000 Azn. Melissa Group Memar vəzifəsi üzrə vakansiya elan edir. AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı olmaldır.

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
  • Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
  • İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
  • İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
  • Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
  • Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
  • Aylıq smetaların hazırlanması;
  • Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Digər məlumat:

  • Altıgünlük iş qrafiki.
  • Əməkhaqqı: 800-1000 manat

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi);
  • Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
  • AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
  • Əllə eskizləri çəkmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
  • müstəqil və ya komanda daxilində işləmək bacarığı;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

CV-lərinizi [email protected] ünvanına “memar” başlığı ilə göndərməyiniz  xahiş olunur.

Oxşar vakansiya siyahısı:

400₼
Fəhlə istehsalat

Ə/h 400 AZN. Ayan MMC Fəhlə üzrə vakansiya elan edir. ...

Ayan MMC

15.03.2023 - Xırdalan

Biləsuvar PİEZ filialında aqronom ( pambıqçılıq üzrə)

AzərPambıq ASK MMC Biləsuvar PİEZ filialında aqronom ( pambıqçılıq üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərpambıq ASK MMC

07.03.2023 - Biləsuvar

500 — 700 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

03.03.2023 - Bakı

SƏTƏM üzrə kiçik mütəxəssis

Mars Overseas BakuSƏTƏM üzrə kiçik mütəxəssis (Şəmkir) vəzifəsi üzrə vakansiya elan edir. ...

Mars Overseas Baku

03.03.2023 - Şəmkir

10 AZN24 saat
CV sifariş et