Memar dizayneri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-900 AZN. Elcom MMC Memar dizayneri vəzifəsi üzrə vakansiya elan edir. Əllə eskizləri çəkmək bacarığı olmalıdır.

İş barədə məlumat:

  • İş qrafiki : 9.00-dan 18.00-dək (5 gün)
  • Оfis Gənclik metrosunun yaxınlığında yerləşir

Vəzifələr:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması
  • Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində, nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edilməsi
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılması

Namizədə tələblər:

  • Azərbaycan və rus dillərinin biliyi ( inglis dilini bilən kandidatlara üstünlük veriləcək)
  • Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi)
  • Həm yazılı, həm də şifahi mükəmməl ünsiyyət bacarıqları
  • Yüksək səviyyədə yaradıcılıq və təxəyyül
  • Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək)
  • Archicad, 3D Max, AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı
  • Əllə eskizləri çəkmək bacarığı
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi
  • Komanda daxilində işləmək bacarığı
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı

CV-lərinizi office@elcom.az ünvanına “memar” başlığı ilə göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...