Memar – Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Finivo Project Memar-Dizayner vəzifəsi üzrə vakansiya elan edir. Tikinti norma və qaydalarını bilməlidir.

Tələb olunan vəzifə funksiyaları:

  • Obyektə ilkin baxışın keçirilməsi, lazımı tələblərin müəyyən edilməsi və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
  • İlkin baxış zamanı innovativ və müasir dizayn tendensiyaları barədə təkliflərin verilməsi;
  • Müvafiq proqram təminatı vasitəsilə qiymətləndirilmiş obyektin ilkin eskiz və işçi layihələrinin yüksək keyfiyyətli üçölçülü təsvirlərinin (2D və 3D) hazırlanması;
  • Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunun əsas götürülməsi;
  • Layihənin icrası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərinin nəzərə alınması;
  • Hazırlanmış ilkin eskiz və işçi layihəni ilkin qiymətləndirmə üçün təqdim edilməsi və təklif olunan yenilik və dəyişikliklərə əsasən layihənin üzərində yenidən işlənməsi:
  • Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edilməsi;
  • Layihənin hazırlanmış eksteryer və interyerinin 2D və 3D görünüşünün, tikinti başa çatdıqda real görünüşlə eyni olması üçün obyektin tikintisində müəllif nəzarətinin yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;
  • Şirkətə tələb olunan təqdimat sənədlərini dizayn görüşünün hazırlanması və toplanması;

Tələblər:

  • Ali təhsil (memarlıq və inşaat);
  • (Photoshop, Corel Draw, AvtoCad, Archi Cad, 3dMax) dizayn proqramlarında professional işləmə bacarığı;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dilini bilməli, İngilis dili biliyi üstünlük veriləcək;
  • Tikinti norma və qaydalarını bilməli;
  • Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər;
  • Detallara qarşı diqqətlilik;
  • İşə qarşı ciddi, məsuliyyətli, dəqiqlik;

Müraciət üçü CV-nizi info@finivo.az email ünvanına subject bölməsində “Memar-Dizayner ” qeyd etməklə May 25, 2020 tarixinədək göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı