Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Qala Group Memar vəzifəsi üzrə vakansiya elan edir. Əllə eskizləri çəkmək bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Lyihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
- Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
- İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
- İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
- Aylıq smetaların hazırlanması;
- Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.
Digər məlumat:
- Altıgünlük iş qrafiki. Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Müvafiq sahədə 6 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
- AutoCAD, 3DsMax, Microsoft və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
- Əllə eskizləri çəkmək bacarığı;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
- müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
Xahiş olunur şəkilli CV-ləri hr@qalagroup.az e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adını “Memar” qeyd edin.