Qısa məzmun
Ə/h 1000 AZN. Kristal Abşeron MTK Memar vəzifəsi üzrə vakansiya elan edir. Tikintinin texnologiyasını bilməlidir.
Tələblər:
- Memarlıq və İnşaat Universitetini bitirənlərə üstünlük veriləcək
- İxtisası – Memarlıq
- Memar vəzifəsi üzrə 3 il iş təcrübəsi
- MS Office ( Word, Excell), Autocad, ArchiCAD proqramlarında işləməyi bilməli
- Azərbaycan dilini sərbəst bilməli və rus dili bilməsi müsbət qəbul edilir
- Yaş həddi 30-50
Vəzifələr:
- Layihələrin planlaşdırılması, hazırlanması və icrası:
- Sifarişçilərlə danışıqlar aparmaq və onların tələblərini başa düşmək;
- Hüquqi qaydaları nəzərdən keçirmək;
- Tikilini layihələşdirmək və dəyərləndirmə və yoxlanış nəticələrini təqdim etmək;
- Planlaşdırma zamanı texniki elementlərdən istifadə etmək və xüsusi elementlərin dizayn və hesablanması ilə bağlı mühəndislə əlaqə saxlamaq;
- Layihə ilə bağlı ətraflı texniki və iqtisadi hesablamalar aparmaq;
- Sxemlərin, maketlərin və kompüter modellərinin hazırlanmasına nəzarət etmək və yoxlamaq.
- Tikinti və inşaat işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək:
- Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağlı aidiyyatı mütəxəssislərlə məsləhətləşmək;
- Təlimatlar, hesablamalar, tikinti və inşaatın konkret planlaşdırılması, heyətlə bağlı texnikləri yönləndirmək;
- Quraşdırma işlərini müzakirə etmək və xüsusi icazələrin alınmasını təmin etmək;
- Təkliflərin hazırlanması, onların qiymətləndirilməsi, eləcə də müqavilələrin icra olunmasını təşkil etmək
- Razılaşdırılmış və müəyyən edilmiş keyfiyyətə təminat normalarına uyğun olaraq nəzarət və qiymətləndirmə sistemlərini yaratmaq:
- Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanmasını təmin etmək məqsədilə tikinti və inşaat işlərinin keyfiyyətini monitorinq etmək və qeydə almaq;
- Yeni sistemin icrası və onun mövcud struktur və layihələrə inteqrasiyası ilə bağlı podratçılar, sifarişçilər, səlahiyyətli şəxslər və yardımçı heyətlə müzakirələr və məsləhətləşmələr aparmaq.
Bilməlidir:
- Müasir tikinti norma və qaydalarını
- Müasir texnologiyaları və materialların xüsusiyyətlərini
- Tikinti materiallarının növlərini və xüsusiyytələrini
- Tikintinin texnologiyasını
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
İş şəraiti:
- İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək
- Əlaqələndirici şəxs : Samir Hacıyev