Qısa məzmun
Avant Group Memar (texniki ofis) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) hazırlanmasında iştirak edərək layihənin ilkin mərhələlərindən icrasına qədər bütün texniki və estetik aspektləri nəzərə alaraq işlərin planlaşdırılması və dizaynı ;
- Memarlıq layihələrinin düzgün tətbiqini təmin etmək və layihənin məqsədinə uyğun olaraq dizayn və funksional tələbləri balanslaşdırmaq ;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini təmin etmək və s.
- Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək ;
- Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib etmək ;
- Memarlıq layihələrinin sahədə tətbiqi və ardıcılığına nəzarətin olunması ;
- Dizayner və digər aidiyyəti şəxslərlə mütəmadi olaraq qarşılıqlı işləmək bacarığı;
- Tender şöbəsinə təqdim etmək üçün layihələr üzrə spesifikasiyaların hazırlanması
- Layihə dizaynlarının təhlil edilməsi və oxunması bacarığı, xüsusilə memarlıq cizimlərini və planlarını başa düşmək ;
- İş paketlərinin hazırlanmasında köməklik göstərmək və layihə planları üzrə konkret tapşırıqların bölüşdürülməsi ;
- Layihə işlərinin vaxtında yerinə yetirilməsini təmin etmək, layihənin düzgün və səmərəli icra olunmasını izləmək.
Tələblər:
- Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi ;
- İş təcrübəsi : Mülki tikinti sahəsində memar kimi ən azı 3-5 il iş təcrübəsi ;
- Archicad, Autocad, Excel proqramlarında işləmə bacarığı ;
- Materiallar haqqında bilik ;
- Sahələrdə yerində həll qabiliyyəti və bacarığı ;
- İş həcmlərinin hesablanmasını bilmək ;
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 2000-2500 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Memar ” yazaraq hr@avantgroup.az mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1000 ₼
Elektrik ustası"HİTE PRO" şirkətinə yüksək ixtisaslı elektrik ustaları tələb olunur. ...
Planlama üzrə mütəxəssis
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Smeta üzrə mühəndis
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...