Qısa məzmun
JM Partners Memar vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması
- İlkin eskizin/cizginin hazırlanması;
- İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
Digər məlumat:
- Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Müvafiq sahədə 5 il rəsmi iş təcrübəsi
- ArchiCAD əla səviyyədə işləmək bacarığı
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
Xahiş olunur şəkilli CV-ləri və PORTFOLİO e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adını “Memar” qeyd edin.