Memar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZIN Construction Memar vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Müvafiq sahədə Ali təhsil
  • Memarlıq sahəsi üzrə minimum 5 il iş təcrübəsi (mütləqdir)
  • AutoCAD, ArchiCAD və 3Ds Max proqramlarından mükəmməl istifadə edə bilmək (digər proqramlardan anlayışın olması arzuolunandır) Portfolio mövcudluğu
  • Memarlıq layihələri, eskiz, baş plan, işçi layihələr, texniki-mühəndis sənədləri ilə çalışa bilmək
  • İnşaat norma və qaydalarını bilmək
  • Tikinti materiallarının, konstruksiyaların, interyer materiallarının növ və xüsusiyyətlərini bilmək
  • Ünsiyyətcil, məsuliyyətli olmaq, komanda ilə işləməyi bacarmaq

İş barədə məlumat:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması, o cümlədən, fasadların yığılması
  • Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi
  • Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi
  • Zəruri halda ölçü götürmək üçün məkana getməli
  • Rəhbərliyin müvafiq tapşırıqlarını vaxtında yerinə-yetirilməsi və təhvil verilməsi
  • İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş yeri: Nərimanov rayonu

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı