Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Urban City Construction LLC Memar vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
- Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi
- Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi
- Layihə axtarış işlərinin aparılması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması
Namizədə dair tələblər:
- Tikinti norma və qaydalarını
- Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları
- Mövcüd layihələrin yoxlanılması və düzülişlərin tikinti norma qayadalarına görə edilməsi
- Layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını
- İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri
- Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını bilməldiri
- Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəyə sahib olmalıdır
- Memarlıq sahəsi üzrə ali təhsil
- Minumum 5 il təcrübə
- Rus və İngilis dili bilməlidir
Əsas proqram bilikləri:
- AutoCad
- Revit
- 3Dmax
- Photoshop
- Ofis proqramları
Uyğun namizədlərdən elektron ünvanına mövzu yerinə “Memar” yazaraq CV göndərmələri xahiş olunur.