Qısa məzmun
ATKİNS Memar vəzifəsi üzrə vakansiya elan edir. Əllə eskizləri çəkmək bacarığı olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
- Layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək;
- Tikinti və inşaat proseslərinə nəzarət etmək və dəyişikliklərə dair razılığın əldə olunması üçün danışıqlar aparmaq;
- İş prosesinə nəzarət etmək, xərclərin hesablanmaq, razılaşdırılmış plan əsasında nəticələri dəyərləndirmək və təhlükəsizlik və keyfiyyət idarəetmə sistemlərini tətbiq etmək;
- Müəyyən olunmuş və razılaşdırılmış keyfiyyətə təminat standartlarına uyğun olaraq nəzarət və qiymətləndirmə sistemlərini təsis etmək;
- Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
- Müvafiq sahədə ali təhsil (Memar diplomu);
- Müvafiq sahədə iş təcrübəsi 3 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
- Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
- AutoCAD, ArchiCAD, Sketchup, 3dMax, MS Office kompüter proqramlarını bilmək;
- Yüksək bədii səviyyədə üç ölçülü təsvirləri (3D vizualizasiya) hazırlama bacarığı;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı;
- Əllə eskizləri çəkmək bacarığı;
- Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – foto şəkil ilə) hr@bwc.az elektron poçtun ünvanına göndərə bilərlər.