Qısa məzmun
Premium Bank Məlumatların emalı və hesabatlıq şöbəsinə Aparıcı/ Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- PL/TMM üzrə Azərbaycan Respublikasının Qanunu üzrə tələblərə Bank tərəfindən riayət olunmasının təmin edilməsi;
- Yerli və xarici müxbir banklardan, partnyorlardan daxil olan sorğuların müvafiq olaraq cavablandırılması;
- Qanunvericiliyin tələbinə müvafiq olaraq haqqında icbari hesabatların verilməsi tələb olunan əməliyyatları müəyyən edərək Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi;
- Bankın müxbir hesablarının açılması üçün tələb olunan komplayens sorğu və sənədlərinin doldurulması və toplanılması işinin təmin edilməsi;
- Yeni müştərilərin qəbulu zamanı onların müvafiq siyahılar ilə üzləşdirilməsi prosesinə (skrininq) nəzarət;
- Bankdan xaricə köçürülən və xaricdən daxil olan pul vəsaitlərinə komplayens baxımından nəzarət;
Namizədə dair tələblər:
- Ali təhsil;
- TonBeller Siron (Embagro, KYC, AML) proqramından istififadə bacarığı arzuolunandır
- PL/TMM ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
- Ən azı 2 il bank iş təcrübəsi olmalıdır;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır
- Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
İş şəraiti:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 01.03.2022 tarixinədək göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Komplayens departamentinin “Məlumatların emalı və hesabatlıq” şöbəsinin mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.
Mənbə:jobsearch.az
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...