Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azericard Məlumat mərkəzi şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərini bilməsi tələb olunur.
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətinin və işinin təşkil edilməsi, şöbənin əməkdaşlarına rəhbərlik edilməsi;
- Şirkətin bölmələrinin sifarişlərinə müvafiq olaraq, xidmətlərlə bağlı görüləcək işlərin planlarının və qrafiklərinin hazırlanmasına rəhbərlik edilməsi;
- Şöbənin daxilində vəzifələrin düzgün bölüşdürülməsi hesabına işin effektiv idarə edilməsi;
- Şirkətin müvafiq struktur bölmələri ilə birlikdə yeni bank məhsullarının və xidmətlərinin yaradılması üzrə layihələrin hazırlanmasında və həyata keçirilməsində, layihə qruplarının formalaşdırılmasında aktiv iştirak edilməsi;
- Şöbə əməkdaşları tərəfindən göstərilən xidmətlərin göstərilməsinə və keyfiyyətinə nəzarət edilməsi;
- Şöbəyə yeni əməkdaşların seçilməsində iştirak edilməsi;
- Mütəxəssislərin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədi ilə onlara mütəmadi daxili təlimlər keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
- Ali təhsil, idarəçilik sahəsində ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
- Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
- Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı;
- Qrafikə uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa bilmə bacarığı;
- Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı;
Namizədlərdən CV-lərini “Məlumat mərkəzi şöbəsinin müdiri” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
Keyfiyyətə Nəzarət üzrə Menecer
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...