Məlumat bazası və İntellektual Resurslar üzrə aparıcı proqramçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect LLC Məlumat bazası və İntellektual Resurslar üzrə aparıcı proqramçı vəzifəsi üzrə vakansiya elan edir.

Məlumat bazası və İntellektual Resurslar üzrə aparıcı proqramçı

Şirkət : Azerconnect
İdarə : Rəqəmsallaşdırma və Müştəri Təcrübəsi
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 15 Aprel 2021
Müqavilə müddəti : Daimi

  • Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
  • Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
  • Məlumat bazası və İntellektual Resurslar üzrə aparıcı proqramçı Rəqəmsallaşdırma və Müştəri Təcrübəsi İdarəsinin aparıcı rollarından biridir. Bu rolda sizdən Biznes ehtiyaclarını uyğun şəkildə başa düşmək və Biznesin tələblərini texniki dilə çevirmək tələb olunmaqdadır;

Məlumat bazası və İntellektual Resurslar üzrə aparıcı proqramçı olaraq sizin vəzifə öhdəlikləriniz:

  • Gündəlik, həftəlik və aylıq qiymətləndirmə proseslərinin avtomatlaşdırılmasını təmin etmək və idarə etmək;
  • Həm daxili, həm də xarici mənbələrdən verilənlərin alınması üçün ETL (Çıxarma, Dəyişmə və Yükləmə) proseduralarını hazırlamaq və həyata keçirmək, eləcə də
  • verilənlərin təsdiqlənməsi və keyfiyyətinin yoxlanılmasını təmin etmək;
  • Mürəkkəb və geniş hesabatlar üçün ümumi məlumat anbarları yaratmaq və onlara nəzarət etmək;
  • Məlumatların inteqrasiyasını təmin etmək və mövcud problemləri aradan qaldırmaq;
  • Yeni məlumatların çıxarılması, çevrilməsi və yüklənməsi proseslərini dizayn etmək, qurmaq və işə salmaq;
  • Məlumatların keyfiyyət standartlarını hazırlamaq və təkmilləşdirmək, sorğuları optimallaşdırmaq, mövcud və yeni yaradılmış hesabatları yoxlamaq.

Vəzifənin tələbləri:

  • Ali təhsil;
  • Əlaqəli sahədə 3 il iş təcrübəsi;
  • Komanda işi və əməkdaşlıq;
  • Güclü analitik bacarıqlar;
  • Problemi yaxşı yönümlü həll etmək bacarıqına malik olmaq;
  • Gərgin iş rejimində işləmək qabiliyyəti;
  • Təşəbbüskar və yaradıcı olmaq;
  • Ofis proqramları üzrə yüksək bilik;
  • SQL, Oracle, PL/SQL üzrə əla bilik;
  • Qlikview, ODI, SSRS, SAS DI üzrə biliklərə üstünlük verilir;
  • Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dillərini bilmək.

Müraciət üçün:

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Məlumat bazası və İntellektual Resurslar üzrə aparıcı proqramçı” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı