Məlumat Bazası üzrə inzibatçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı şirkəti Məlumat Bazası üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət üçün linkə keçid edin: https://careers.abb-bank.az/

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Məlumat bazalarının işini təşkil etmək, dəyişiklikləri və dayanıqlılığı təmin etmək;
  • Yeni məlumat bazalarını qurmaq və sazlamaq;
  • Serverlərin və bazaların əməliyyat sistemlərinin dayanma olmadan yenilənməsini planlamaq və həyata keçirmək;
  • Məlumat bazalarını monitorinq etmək, onların fasiləsiz işini təşkil etmək və arxivləşdirmək;
  • Məlumat bazalarını köçürmək, ehtiyat mərkəzində qurulması işini planlamaq və təşkil etmək;
  • Verilənlər bazasının fiziki quruluşunu və funksional imkanlarını,verilənlər bazası təhlükəsizliyini, məlumatların ehtiyat nüsxəsini və bərpa xüsusiyyətini müəyyənləşdirərək həll yollarını tövsiyə etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Azərbaycan, İngilis və Rus dili biliklərinə;
  • Oracle, PostgreSQL, MongoDB məlumat bazaları üzrə iş təcrübəsinə;
  • RDBMS və Oracle arxitekturası üzrə əsaslı biliklərə;
  • Məlumat bazalarının performansının tənzimlənməsi və monitorinq sistemləri üzrə biliklərə;
  • Linux əməliyyat sistemi üzrə biliklərə;
  • Sahə üzrə nəzəri biliklərə (beynəlxalq sertifikat üstünlükdür) sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı